Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kompüter təlimi üçün avadanlıq və proqram təminatının xərcləri ildə 50% yüksəlir

Kompüter təlimi üçün avadanlıq və proqram təminatının xərcləri ildə 50% yüksəlir

Tarix: 12 Noyabr 2019 16:04

“Intersect360 Research” şirkətinin analitikləri süni intellekt və kompüter təlimi sahəsində əsas trendlər haqqında məlumat verilən araşdırmanın nəticələrini təqdim ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, son 2 ildə kompüter təlimi modellərinin məşqləri üçün zəruri olan avadanlıq və proqram təminatının xərcləri ildə təxminən 50% yüksəlib. “Intersect360 Research” şirkətinin proqnozuna görə, tezliklə bu xərclər 10 milyard dolları ötəcək.

 

“Intersect360 Research”in baş direktoru Addison Snell izah edir ki, süni intellekt bazar kimi deyil, İT məkanında əsas tendensiya kimi nəzərdən keçirilməlidir.

 

Araşdırmaya görə, kompüter təlimi artıq çox məhsuldar hesablamalar bazarında əlavə gəlir qazandırır və daha çox gəlir gətirməyə hazırdır.

 

Emil Hüseynov




Etiketlər:  Kompüter təlimi üçün avadanlıq proqram təminatının xərcləri ildə yüksəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ