Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

XİN Aİ səfirini qərəzli olmaqda İTTİHAM EDİB

XİN Aİ səfirini qərəzli olmaqda İTTİHAM EDİB

Tarix: 17 Yanvar 2024 11:42

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalkonun Azərbaycanda məhkəmə sistemi ilə bağlı açıqlamasını əsassız hesab edir.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" sosial şəbəkəsində yazıb.

"Bu əsassız və məsuliyyətsiz iddiadır! Yaxşı olardı ki, səfir bir sıra Aİ ölkələrinin məhkəmə sistemlərindəki ədalətsizliyə və amansız rəftara diqqət yetirsin", - deyə A.Hacızadə yazıb.

O həmçinin, Azərbaycanın qabaqcıl dünya praktikasına əsaslanmış məhkəmə sisteminə müdaxilənin yolverilməz olduğunu qeyd edib.

Milli.Az


Etiketlər:  XİN səfirini qərəzli olmaqda İTTİHAM EDİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ