Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mebel sexində partlayış zamanı yaralananların SON VƏZİYYƏTİ

Mebel sexində partlayış zamanı yaralananların SON VƏZİYYƏTİ

Tarix: 17 Yanvar 2024 11:50

15.01.2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 13 nəfərin müalicəsi davam etdirilir.

Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır. 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 4 nəfərin müalicəsi davam etdirilir. Onlardan 1-nin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.

Milli.Az


Etiketlər:  Mebel sexində partlayış zamanı yaralananların SON VƏZİYYƏTİ


RƏYLƏR