Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Alper Gezeravcını Beynəlxalq Kosmik Stansiyaya göndərəcəyik" - FOTO

Tarix: 17 Yanvar 2024 17:10

Alper Gezeravcını elmi təcrübələr aparmaq üçün Beynəlxalq Kosmik Stansiyaya göndərəcəyik.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır deyib.

"İkinci astronavtımız Tuva Cihangir Atasever də bu missiyanı yerinə yetirməyə hazır idi. O, həmçinin bir neçə aydan sonra baş tutacaq suborbital uçuşa hazırlaşır. Türkiyənin ilk iki astronavtından birinin Türk Hərbi Hava Qüvvələrinin pilotu, digərinin isə ROKETSAN mühəndisi olması Milli Texnologiya Həmləmizin xülasəsi idi", - deyə o vurğulayıb.

Nazir Kacır onu da qeyd edib ki, Türkiyə Müdafiə sənayesindəki bütün qabaqcıl sistemlər kosmik və peyk əsaslı sistemlərdir.

"İndiyədək dünyanın 42 ölkəsi öz vətəndaşlarını kosmosa göndərib. Onlar bu missiyaları indikindən qat-qat daha çətin şərtlərlə icra edib. Türk alimlərinin ən yüksək səviyyədə araşdırmalar aparmasına yol açmağı hədəfləyirik", - deyə o bildirib.

Xatırladaq ki, A.Gezeravcı bugün Floriadadan Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.

Milli.Az


Etiketlər:  Alper Gezeravcını Beynəlxalq Kosmik Stansiyaya göndərəcəyik FOTO


RƏYLƏR