Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tacirdən şok açıqlama: “Aygün öldü, indi oturub...”

Tacirdən şok açıqlama: “Aygün öldü, indi oturub...”

Tarix: 17 Yanvar 2024 18:00

Əməkdar artist Aygün Bəylərin vəfatından sonra sosial şəbəkələrdə ona Xalq artisti fəxri adının verilməməsi müzakirələrə səbəb oldu. Cəmiyyət bu məsələdə sabiq mədəniyyət naziri Əbülfəs Qarayevi günahlandırdı.

Əbülfəs Qarayev isə açıqlamasında Aygün Bəylərə Xalq artisti fəxri adının verilməməsində müəyyən səbəblərin olduğunu qeyd etdi. Qarayev həmin səbəbləri açıqlamaq istəmədi.

Bəziləri isə bu adların, ümumiyyətlə, lazımsız olduğunu iddia etdi.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Tacir Şahmalıoğlu bildirib ki, sənətkarlara vaxtında dəyər verilməli, qayğı göstərilməlidir:

"Fəxri adlar sadəcə Azərbaycandadır. Başqa ölkələrdə fəxri ad məsələsi yoxdur. Ümumiyyətlə sənətçilər, tanınmış müğənnilər var. Rəsmi adın nəyi pisdir ki? Aygün Bəylərə də verilməli idi, bəzi məşhurlarımıza da verilməlidir mən də başda olmaqla. Aygün Bəylər dünənə qədər sağ idi, yaxşı sənətkar idi, yaxşı insan idi və vəfat etdi, Allah ona rəhmət etsin. İndi başqalarının ölümünü gözləyirlər ki, bu məsələ yenidən ortaya atılsın və müzakirə olunsun. Fəxri adların verilməməsi düzgün deyil. Hər kimdir, kim deyil, kimin əlindədir o səlahiyyət, mən üzümü onlara tutub deyirəm ki, bu dünyadan heç nə aparmayacağıq. Heç kim heç nə aparmır. İnsan bir lənət aparır, bir rəhmət aparır. Kim layiqdirsə, ona bu adı vermək lazımdır. Öləndən sonra artıq daldan atılan daş topuğa dəyir. Mənim üçün də həmişə müəmmalı qalıb ki, onlar kimlərdir ki, bizə də bu ünvanı vermirlər. Niyə öləndən sonra kiməsə ad verilməlidir?! Sənətkara sağ vaxtında qiymət vermək lazımdır".

O, bəzi sənətçilərin bu cür fəxri adları layiq olmadığı halda aldıqlarını iddia edib və bunun haqsızlıq olduğunu qeyd edib:

"Tacir Şahmalıoğlu kimi yaxşı sənətçiyə, əsl Allah vergisi, Allahın verdiyi səs sahibi olanlara gərək fəxri ünvanlar verilsin. Yoxsa elə sənətçilərə ad verirlər ki, onsuz da bunu xalq görür, xalqın gözü tərəzidir. Xalq bilir ki, kimə yalandan verilib, kimə doğurdan verilib. Yaxşı sənətçilərə qiymət lazımdır.

Mən sovet dövründə yaşamış bir insanam. Sovet dövründən görmüşəm ki, yaxşı sənətçilərə qiymət verilir. Bizim özümüz - "Qarabağ bülbülləri" haqda dəfələrlə filmlər çəkilib. İndi mən və məni sevən minlərlə insan oturub həmin insanlara rəhmət diləyirlər ki, nə yaxşı ki, bu filmlər çəkilib. Mənim fikrimcə, bu cür sənətçilərə fəxri adın verilməməsi haqsızlıqdır".

Milli.Az


Etiketlər:  Tacirdən şok açıqlama Aygün öldü indi oturub


RƏYLƏR