Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xərçəngdən əziyyət çəkən Armağanın səhhəti necədir?

Xərçəngdən əziyyət çəkən Armağanın səhhəti necədir?

Tarix: 17 Yanvar 2024 19:02

Məşhur aparıcı və prodüser Armağan Çağlayan son aylarda ağciyər xərçəngindən əziyyət çəkir. İzmirdə əməliyyatdan sonra kameralar qarşısına keçən Armağan səhhətindən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Çağlayan erkən diaqnoz qoyulmasının onu xilas etdiyini açıqlayıb:

"Həqiqətən də erkən diaqnoz həyat qurtarır. 6 ay sonra gəlsəydim, bəlkə də fərqli ssenari olardı. İş həmişə olduğu kimi, məni həyata bağlayan ən vacib motivasiya mənbəyidir. Odur ki, məcburi fasiləni çox uzatmadan işə qayıdacağam.

4,5 saat davam edən əməliyyat oldum. Reanimasiyadan otağıma gəldim. Əməliyyat zamanı aparılan Dondurulmuş Patoloji nəticəsində kütlənin xərçəng olduğu müəyyən edilib. Amma şanslıyam ki, həkimlərim məni izlədilər və xəstəliyimi çox erkən mərhələdə tutdular. İşimi heç vaxt dayandırmayacağam, bir az dincəldikdən sonra "Sənə Söyleyecek Bir Şeyim Var" turu ilə bir çox bölgədə çıxış edəcəyəm. Dualarınız və xoş arzularınız üçün təşəkkür edirəm. Hər kəsə sevgi və hörmət".

Milli.Az


Etiketlər:  Xərçəngdən əziyyət çəkən Armağanın səhhəti necədir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR