Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Argentina Prezidenti: “Malvin adalarının statusu Britaniya ilə müzakirə olunacaq”

Argentina Prezidenti: “Malvin adalarının statusu Britaniya ilə müzakirə olunacaq”

Tarix: 18 Yanvar 2024 08:00

"Folklend adalarının (Malvin adalarının) statusu Böyük Britaniya ilə gələcək diplomatik danışıqlar zamanı müzakirə olunacaq".

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Argentina Prezidenti Xavyer Miley Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla danışıqlardan sonra deyib.

"Biz Malvin adaları mövzusunu müzakirə etdik. Bu, gələcək diplomatik danışıqlar üçün bir məsələdir", - Argentina lideri Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Sky News"un jurnalistinin sualını cavablandırarkən deyib.

Bundan əvvəl Britaniya Xarici İşlər Nazirliyi Miley və Kemeronun görüşü barədə məlumat yayıb. Bəyanatda məlum olur ki, tərəflər ticarət, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsi yollarını müzakirə ediblər.

Milli.Az


Etiketlər:  Argentina Prezidenti Malvin adalarının statusu Britaniya ilə müzakirə olunacaq


RƏYLƏR