Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2024 16:05
"Müəyyən insanlar var ki, onlar şou-biznesdə murdar-murdar söhbətlərin getməsinə öyrəşiblər".
Sonxeber.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur meyxanaçı Namiq Qaraçuxurlu "Maqazin plus" verilişinə açıqlamasında deyib.
O, şou sakinlərini sərt şəkildə tənqid edib.
Namiq Qaraçuxurlu bildirib ki, bəzi insanlar öyrəşiblər ki, müğənnilər bir-birinə söz aparıb-gətirsin, bir-birinə söz atsın: "Biri o birinin arxasıyca danışsın, üzünə dursun. Qadın kimi qeybətlər etsin... Şou-biznesdə bu dəqiqə belə murdar-murdar söhbətlər gedir..."