Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəbnəm Tovuzlu: “Bahalı hədiyyələrlə başı aldadılan xanım...” - VİDEO

Şəbnəm Tovuzlu: “Bahalı hədiyyələrlə başı aldadılan xanım...” - VİDEO

Tarix: 18 Yanvar 2024 16:50

"Mən gözü tox xanımam. Bahalı hədiyyələrlə baş allada biləcək biri deyiləm". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu (Əsədova) qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib. 

Şəbnəm bir kişinin özünü bağışlatmaq üçün xanımına hədiyyə etməsinə qarşı çıxıb və bunu yolverilməz sayıb: 

"Sevən kişi hədiyyə ilə qadının önündə özünü bağışlatmaz. Sevən insan hər zaman fədakar olur. Bu insanlar üçün hər gün bayram olur. Şəxsən özümdən deyirəm ki, bir bəydə fədakarlığı çox sevirəm. Hədiyyə vermək baş aldatmaq kimidir. Belə olanda isə xanım yalnız bəyin cibinə və verdiyi hədiyyəyə baxacaq". 

Qeyd edək ki, bir müddət əvvəl müğənni Vəfa Şərifova həyat yoldaşı, iş adamı Famil Xəlilovla ayrıldığını açıqlamışdı. Vəfa bildirib ki, qarşı tərəf onunla barışmaq üçün əvvəlcə "Ağ şəhər" ərazisində, daha sonra isə Dubayda ona mülk bağışlayıb.

Milli.Az


Etiketlər:  Şəbnəm Tovuzlu Bahalı hədiyyələrlə başı aldadılan xanım VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ