Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda Pakistana zərbə endirmək qərarını kim verib?

İranda Pakistana zərbə endirmək qərarını kim verib?

Tarix: 19 Yanvar 2024 00:56

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 1979-cu ildə İslam İnqilabını qorumaq məqsədilə orduya paralel struktur kimi yaradılsa da, üstündən onilliklər keçdikdən sonra hədəflərini böyüdüb. Bu qurum həm İran daxilində islahat tələb edən insanlara və qruplara qarşı mübarizə aparır, həm xaricdəki tərəfdaş qruplara silah və sursat göndərir, həm korpusun üzvlərini qonşu ölkələrdəki döyüşlərə yollayır, həm müxtəlif ölkələrdə təsir qrupları formalaşdırır, həm də hansı ölkəyə zərbə endirmək barədə müstəqil qərar verir. Bununla SEPAH dövlətüstü quruma çevrilib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, İran prezidenti və xarici işlər naziri SEPAH komandanlığının qərarına qarışa bilmir:

"Bir neçə gün əvvəl qonşu İraqa və Pakistana zərbə endirmək qərarını da SEPAH komandanlğı verib. Ancaq bu dəfə möhkəm ilişiblər. İraqdan fərqli olaraq, Pakistan zəif ölkə deyil, ona görə də dərhal İrana əks-zərbələr endirdi. Tehran vəziyyətdən çıxış yolu axtarır. Nüvə dövləti olan Pakistanla müharibə riski İran üçün fəlakət ssenarilərindən birinə çevrilə bilər".

Qeyd edək ki, 16 yanvarda SEPAH Pakistan ərazisində terrorçu saydığı "Ceyş ül-Ədl" qruplaşmasını raketlə vurub, nəticədə iki azyaşlı həlak olub. Pakistan bu zərbəyə kəskin reaksiya verib, İran səfirini geri çağırıb, həmçinin Tehrana bütün rəsmi səfərləri təxirə salıb.

Bu gün isə Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib. İranın məlumatına görə, İran vətəndaşı olmayan 7 nəfər (daha sonra ölənlərin 9 nəfər olduğu bildirildi) ölüb.


Etiketlər:  İranda Pakistana zərbə endirmək qərarını verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ