Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 02:05
"Kərim nə tərpənir, nə danışır, nə də kimisə tanıyır. Onun üçün də çətindir, ailəsi üçün də".
Sonxeber.net bildirir ki, bu sözləri meyxanaçı Kərimin vəziyyəti ilə bağlı Lent.az-a verdiyi açıqlamada sənət yoldaşı Ağamirzə deyib.
O bildirib ki, tez-tez dostu meyxanaçı Kərimin ailəsinə baş çəkir, zəng vurur.
"5-6 gün öncə getmişdim. Təzəlikcə baş çəkməmişəm. İynə-dərmanın gücünə yaşayır. Yerindən tərpənə bilmir, hərəkət etmir, heç kimi tanımır. Ailəsi, xüsusən də oğlu durur qulluğunda.Yataq xəstəsinə baxmaq asan iş deyil. Kamil atasına körpə uşağa qulluq edən kimi qulluq edir", - o bildirib.
Qeyd edək ki, 59 yaşlı meyxanaçı Kərim uzun müddətdir keçirdiyi insult xəstəliyi səbəbi ilə yataq xəstəsidir. O, sərbəst hərəkət edə bilmir, danışmır və ətrafındakıları tanımır.