Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 06:06
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla regional prosesləri müzakirə edib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasının hüquqi əsasları ilə bağlı müzakirə aparıblar.
Həmçinin Ermənistanın "Sülh kəsişməsi" layihəsi, regionda nəqliyyat və kommunikasıyaların bərpası ətrafında da fikir mübadiləsi aparılıb.