Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhəri ələ keçirməyə çalışan terrorçular məhv edildi

Şəhəri ələ keçirməyə çalışan terrorçular məhv edildi

Tarix: 19 Yanvar 2024 07:20

Burkina-Faso ordusu Konqusi bölgəsində (Bam əyalətinin şimalı) Kurpele şəhərini ələ keçirmək üçün hücuma cəhd edən bir qrup silahlı terrorçunu məhv edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Yaraqlılar uğursuz hücumdan sonra meşədə gizlənməyə çalışıblar. Bununla belə, hərbçilər kəşfiyyat aparatlarının köməyi ilə terrorçuların yerini müəyyənləşdirə bilib və onlara dəqiq raket zərbəsi endiriblər.

Bildirilib ki, hakimiyyət terrorçular tam məhv edilənə qədər onları təqib etmək niyyətindədir.

Milli.Az


Etiketlər:  Şəhəri ələ keçirməyə çalışan terrorçular məhv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ