Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 07:22
Birləşmiş Ərəb Əmirliklərindən olan üç yaşlı Əl-Maha Rəşid əl-Meyri iki uşaq povestini - "Çiçək" (Flower) və "Bal arısı"nı (Honeybee) nəşr etdirməklə dünyanın ən gənc yazıçısı olub.
Sonxeber.net kult.az-a istinadən xəbər verir ki, 24 saat ərzində hər iki kitabının 1000-dən artıq nüsxəsini satan Əl-Maha Rəşid əl-Meyrinin adı Ginnesin Rekordlar Kitabına ən gənc yazıçı (qadın cinsli) kimi düşüb.
Yazışının hekayələrə və rəsm çəkməyə marağı ona gətirib çıxarıb ki, o, uşaqlar üçün fantastika janrında gözəl, parlaq illüstrasiyalarla müşayiət olunan əhvalatları yazmağı öyrənib.
O öz hekayələrində oxuculara ekoloji prinsiplərin mühümlüyünü çatdırmağa çalışır. Anasının sözlərinə görə, Maha öz yaşıdlarına ətraf mühitin qorunub saxlanmasının vacibliyini aşılamaq istəyir.
Onun böyük bacısı hazırda iki dildə yazılan kitabın nəşri üzrə ən gənc yazıçı, qardaşı isə kişilər arasında ən gənc müəllifdir. Analarının qeyd etdiyi kimi, qardaşı və bacısı Mahanın yazıçılıqla məşğul olmasının əsas səbəbkarlarındandır.