Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiyada uşaqları sonsuzlaşdırma qərarı nəyə görə verilib? - FOTOlar

Yaponiyada uşaqları sonsuzlaşdırma qərarı nəyə görə verilib? - FOTOlar

Tarix: 20 Yanvar 2024 14:06

İkinci Dünya Müharibəsi zamanı ölkələr bəşəriyyətə qarşı çox sərt sanksiyalar tətbiq edən qanunlar qəbul etdilər. Nasistlər "aşağı irq" hesab etdikləri insanları qaz kameralarında yandırarkən, digər cəmiyyətlər də oxşar məhv qanunlarını tətbiq edirdilər. Bunlardan biri də Yaponiyanın 1948-1996-cı illər arasında tətbiq etdiyi "irqi yetişdirmə" qanunu idi.

Ümumiyyətlə isə, İkinci Dünya Müharibəsi illərində yaponların elədiklərinə nəzər saldıqda, bizim tanıdığımız yaponlarla heç bir əlaqələri olmadığını görürük.

Yevgenika qanunu haqqında sizə yazı təqdim etmişdik. Bəs, yevgenika qanunu nə üçün hazırda da Yaponiyada gündəmdədir?

Milli.Az sfera.az-a istinadən bütün təfərrüatları təqdim edir.

İkinci Dünya Müharibəsindən sonra Yaponiya iki böyük şəhərinə atılan atom bombaları ilə müttəfiq dövlətlər tərəfindən məğlub oldu.

Müharibə bitdikdən sonra ölkədə çox maraqlı və qəddar bir qanun qəbul edildi. Bu qanun 1948-1996-cı illər arasında qüvvədə olan irqi islahat qanunu idi.

Yevgenika qanunu çərçivəsində əqli qüsurlu, ruhi xəstəlikləri və ya irsi pozğunluğu olan insanlar "aşağı irq" hesab edilənlərin uşaq sahibi olmalarının qarşısını almaq üçün sonsuzlaşdırılmalı idi.

Bu qanun həm də İkinci Dünya Müharibəsindən sonra ərzaq qıtlığından əziyyət çəkən ölkə əhalisinə nəzarət etmək məqsədi daşıyırdı.

Təcrübə 1996-cı ildə, hələ 1975-ci ildə qadağan olunsa da, orta məktəb dərsliklərində qanunu qüvvədə saxlayacaq ifadələr yer alırdı. Məsələn, "hökumət ölkədə irqi yetişdirmə yolu ilə bütün əhalinin genetikasını inkişaf etdirmək üçün səylər göstərir".

Ötən il Yaponiyada açıqlanan 1400 səhifəlik parlament hesabatına görə, hazırda ləğv edilmiş qanun çərçivəsində həyata keçirilən bu əməliyyatların təxminən 65%-nin razılıq olmadan həyata keçirildiyi aşkarlanıb.

Hesabatda həmçinin irqçilik qanunu çərçivəsində zorla sonsuzlaşdırılan 25 min nəfər arasında yaşı 9 olan uşaqların da olduğu yazılıb.

Yerli KİV-in verdiyi məlumata görə, hesabatda adı keçən iki uşaq, bir oğlan və bir qız, müvafiq olaraq, 1960-cı və 1970-ci illərdə sonsuzlaşdırılıb.

14 yaşında zorla əməliyyat olunan və hazırda 80 yaşı olan digər bir qurban bildirib ki, hesabat Yaponiya hökumətinin uşaqları aldatdığını sübut edir.

Yaponiya hökuməti 2019-cu ildə nasist Almaniyasının qanunlarına əsaslanan dövlət sonsuzlaşdırma proqramının qurbanlarına təzminat ödəməyə razılaşıb. Hətta Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe Yevgenika qanununun qurbanlarından açıq şəkildə üzr istəyib.

Bununla belə, Yaponiya o dövrdə məcburi sterilizasiya siyasətinə malik olan yeganə ölkə deyildi.

Mənbələr yazır ki, nasistlərin həyatlarının yaşamağa dəyməz olduğunu düşünən təxminən 400.000 insanı sonsuzlaşdırdığı güman edilir.

1973-cü ilə qədər Kanada və ABŞ-ın 30 ştatında təxminən 7700 nəfərin sonsuzlaşdırıldığı və onların üçdə ikisinin qaradərili olduğu iddia edilir.

1997-ci ildə ortaya çıxan qeydlər, İsveçin 1935-1976-cı illər arasında 60 min qadını məcburi sonsuzlaşdırdığını sübut etdi. Bu qadınlar fiziki və ya əqli qüsurları olduğu və ya "aşağı irq" hesab edildikləri üçün bu əməliyyata məruz qalıblar.

Milli.Az


Etiketlər:  Yaponiyada uşaqları sonsuzlaşdırma qərarı nəyə görə verilib FOTOlar


RƏYLƏR