Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur aktyorun illərdir sirr kimi saxladığı arvadı görün kim imiş - FOTOlar

Məşhur aktyorun illərdir sirr kimi saxladığı arvadı görün kim imiş - FOTOlar

Tarix: 20 Yanvar 2024 18:15

"Güldür Güldür" şousunun məşhur aktyoru Onur Atilla gündəmdən uzaq yaşayan ailəsi ilə maraq mövzusuna çevrilib. 

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Atilla həyat yoldaşına evliliklərinin ildönümündə sosial şəbəkə hesabında emosional paylaşım edib.

Evlilikdən əvvəl çəkilmiş fotosunu paylaşan Atilla: "Hətta mənim "akpili"mi belə doldururdun görüşə bilək deyə" deyib. Atilla xanımına belə müraciət edib: "Evlilikdən əvvəl çəkilsə də, bu foto mənim sevimlilərimdən olduğu üçün yenidən paylaşmaq istədim. Burda uşaqlar yoxdur, maşınımız yoxdur, pulum yoxdur... O vaxt da, indi də sadəcə çox sevgimiz var. 20 il əvvəl mənə inandığın üçün necə də xoşbəxtik. Mənə hə deyib həyatımızı yaxşılaşdırdığın üçün, məni güldürdüyün üçün və səbirlə üç uşağa baxdığın üçün təşəkkür edirəm. Evliliyimizin 7-ci ildönümü mübarək". 

Qeyd edək ki, Onur Atilla 2014-cü ildə orta məktəb yoldaşı Sinem Ayyıldızla ailə həyatı qurub. Cütlüyün Kamal və Uyqar adlı iki oğlu var. Onur Atilla həyat yoldaşı və uşaqları ilə gündəmdən uzaq bir həyat yaşayır.

Milli.Az


Etiketlər:  Məşhur aktyorun illərdir sirr kimi saxladığı arvadı görün kim imiş FOTOlar


RƏYLƏR