Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Belarus Prezidenti Lukaşenko xəsarət aldı - FOTO

Belarus Prezidenti Lukaşenko xəsarət aldı - FOTO

Tarix: 20 Yanvar 2024 19:48

Belarus Prezidenti Aleksandr Lukaşenko odun doğrayarkən xəsarət alıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Belarus liderinin özü "Belji" zavoduna səfəri zamanı bildirib.

"Odun doğrayırdım və təxminən 80 kiloqramlıq ağac parçası ayağıma düşdü", - Lukaşenko deyib.

O əlavə edib ki, zədə əvvəlcə özünü hiss etdirməyib və normal yeriyib, lakin sonra xəsarət alan hissə şişib.

Lukaşenko xoşagəlməz hadisəyə görə bu gün keçirilən xokkey oyununu buraxmalı olub.

Milli.Az


Etiketlər:  Belarus Prezidenti Lukaşenko xəsarət aldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ