Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

YÜKSƏK TƏZYİQİ DƏRMANSIZ aşağı salan üsul

YÜKSƏK TƏZYİQİ DƏRMANSIZ aşağı salan üsul

Tarix: 20 Yanvar 2024 20:51

Yüksələn təzyiqi dərmansız şəkildə aşağı salmaq mümkündür. Bunu bilirdinizmi? Həkimlər təzyiq problemi olanlara vəziyyəti nəzarətdə saxlamaq üçün dərmanlar yazırlar, müalicə üçün yox. Lakin indi haqqında danışmaq istədiyim 10 addımı tətbiq edərək təzyiqə dərmansız şəkildə qalib gələ bilərsiniz. Ən azından, istifadə edilən dərmanların sayını azaldarsınız. 

Milli.Az oxu24-ə istinadən xəbər verir ki, təzyiqdən qorxmaqdansa, həyatınızdakı müəyyən şeyləri dəyişin. 

1) Az karbohidratlı qidalanmaq. Təzyiqin əsas səbəbi orqanizmin maye-duz balansındakı pozulmalardır. Artıq maye, artıq duz miqdarı  damarlarda şişkinlik yaradır.  Şişən, gərginləşən damarlar təzyiqin qalxmasına vəsilə olur.  Az karbohidratlı qidalanma  təzyiqi salmaq naminə başlanan prosesin əsas mexanizmidir. Çünki orqanizmdə mayeni və duzu tutub saxlayan karbohidratlardır. Burada bilməli olduğunuz nüans odur ki, orqanizmdəki artıq maye və ya duz problemi mayenin və duzun qəbulunun deyil, xaric edilməməsinin nəticəsidir. Duzu xaric edən böyrəklərimizdir. Sadəcə, biz yüksək karbohidratlı rasionumuzla,  gedib-gəlib atışdırdığımız  fast-foodlarla,  ədviyyatlı çərəzlərlə orqanizmi yükləyirik. Bunlar insulin səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. İnsulin səviyyəsi yüksəldikcə  mayenin və duzun orqanizmdə saxlanmasına, damarların şişməsinə, sonda təzyiqin  qalxmasına səbəb olur. Əgər təzyiqi məğlub etmək niyyətindəsinizsə,  əvvəlcə, az karbohidratlı rasiona riayət edin. Çalışın ki,  gündəlik  qidanızın yalnızca 30%-indən kalori alın. Beləcə, orqanizmin insulinə qarşı həssaslığını  təkrar qazanacaqsınız.  Maye və duz orqanizmdən lazımi zamanda və lazımi miqdarda xaric olunacaq. Böyrəkdəki orqanizmi qoruyan mexanizmlər  aktivləşəcək,  təzyiq təbii şəkildə düşəcək.  Gördüyünüz kimi, az karbohidratlı qidalanma arterial hipertenziyanın dərmansız həlli üçün ən asan çıxış yoludur. 

2) Toksik yağlardan qurtulmaq. Sizə qəribə gələ bilər, amma bir statistikanı nəzərinizə çatdırım. Müasir dövrümüzdə yaşı 30-u adlamış insanların 1/3-i, yaşı 40-dan yuxarı olanların 1/2-i təzyiq xəstəsidir.  Səbəb isə  Omega-6 yağ turşularının orqanizmdə depolanmasıdır. Biz Omega-6 yağ turşularını rafinə edilmiş yağlarla qəbul edirik. Məsələn; günəbaxan yağı, qarğıdalı yağı, soya yağı, raps (kanola) yağı kimi məhsullar rafinə edilmiş yağlardır.  Orqanizmdə Omega-3 və Omega-6 balansı pozulduqda  iltihablanma başlayır. Bu iltihablanmanın ən birinci xəsarət verdiyi orqan pankreasdır.  Pankreasın hüceyrələrindəki  gündən-günə genişlənən xarabalıqlar damarların divarlarına da sirayət  edir. İnsulin səviyyəsi, ardınca da təzyiq yüksəlir.  Mətbəximizdəki yağlara diqqət etməyə borcluyuq. Çünki həyat qarşısında sağlam yaşamaq öhdəliyimiz var.  Əgər Omega-6 deposu  bitki yağlarını almaqda, onları yeməklərimizə tökməkdə davam ediriksə, istədiyimiz qədər Omega-3 əlavəsi qəbul etsək belə, balans istədiyimiz kimi olmayacaq. 

3) Emal edilmiş qidaları rasiondan çıxarmaq.  Burada termik emaldan keçirilmiş,  qida əlavələri ilə zənginləşdirilmiş qidalar nəzərdə tutulur.  Evdə bişirdiyi ətə heç kim nitrit, natrium qlutamat, nitrozamin  əlavə etmir. Yaxud  bu əti kalium, natrium ilə zənginləşdirmək  kiminsə ağlına da gəlmir. Gedib marketdən, xüsusilə, hisə verilmiş sosiskalar, kolbasalar aldığımızda, palma yağı ilə hazırlanan krakerləri, çipsiləri, şirniyyatları qutu-qutu səbətimizə yığdığımızda bilməliyik ki, bunlar diabet və hipertenziya risklərini artırır.  Emala məruz qalmış qidalar vasitəsilə orqanizmə yüksək miqdarda  rafinə edilmiş yağlar,  duzlar, rafinə edilmiş şəkər, natrium qlutamat daxil olur ki, hamısı da arterial hipertenziyaya səbəb olur.  Gənclərin təzyiq xəstəsi olması  elə onların bu cür atışdırmalıqlar və  hazır şirniyyat sevdasından qaynaqlanır. Ümid edirəm ki, bu videoya baxdıqdan sonra uşaqlarınıza bu cür "çaka-çuka" məhsullar aldığınız zaman iki dəfə düşünəcəksiniz.

1) Az karbohidratlı qidalanmaq. Təzyiqin əsas səbəbi orqanizmin maye-duz balansındakı pozulmalardır. Artıq maye, artıq duz miqdarı  damarlarda şişkinlik yaradır.  Şişən, gərginləşən damarlar təzyiqin qalxmasına vəsilə olur.  Az karbohidratlı qidalanma  təzyiqi salmaq naminə başlanan prosesin əsas mexanizmidir. Çünki orqanizmdə mayeni və duzu tutub saxlayan karbohidratlardır. Burada bilməli olduğunuz nüans odur ki, orqanizmdəki artıq maye və ya duz problemi mayenin və duzun qəbulunun deyil, xaric edilməməsinin nəticəsidir. Duzu xaric edən böyrəklərimizdir. Sadəcə, biz yüksək karbohidratlı rasionumuzla,  gedib-gəlib atışdırdığımız  fast-foodlarla,  ədviyyatlı çərəzlərlə orqanizmi yükləyirik. Bunlar insulin səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. İnsulin səviyyəsi yüksəldikcə  mayenin və duzun orqanizmdə saxlanmasına, damarların şişməsinə, sonda təzyiqin  qalxmasına səbəb olur. Əgər təzyiqi məğlub etmək niyyətindəsinizsə,  əvvəlcə, az karbohidratlı rasiona riayət edin. Çalışın ki,  gündəlik  qidanızın yalnızca 30%-indən kalori alın. Beləcə, orqanizmin insulinə qarşı həssaslığını  təkrar qazanacaqsınız.  Maye və duz orqanizmdən lazımi zamanda və lazımi miqdarda xaric olunacaq. Böyrəkdəki orqanizmi qoruyan mexanizmlər  aktivləşəcək,  təzyiq təbii şəkildə düşəcək.  Gördüyünüz kimi, az karbohidratlı qidalanma arterial hipertenziyanın dərmansız həlli üçün ən asan çıxış yoludur. 

Milli.Az


Etiketlər:  YÜKSƏK TƏZYİQİ DƏRMANSIZ aşağı salan üsul


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ