Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2024 09:50
Almaniyanın paytaxtı Berlin şəhərində azərbaycanlı gənc vəhşicəsinə qətlə yetirilib.
Sonxeber.net bakupost.az-a istinadən xəbər verir ki, əslən Mingəçevirdən olan Əhliman adlı şəxsi 4 nəfər Moldava vətəndaşı döyüb, ağır xəsarətlər yetiriblər.Məlumata görə, hadisə restoranların birində baş verib. Molovalılar restorandan istirahət edən türk vətəndaşına rusça ağır söyüşlər söyüblər. Əhliman rusça bildiyindən məsələyə müdaxilə edib və təhqirləri dayandırmağı tələb edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, 4 nəfər əlbəyaxa onu döyə bilməyib, sonradan dəmir parçayla başına arxadan zərbələr endiriblər.
Həmyerlimiz xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxslərdən ikisinin saxlanıldığı bildirilir.
Hazırda Əhlimanın nəşinin Azərbaycana göndərilməsilə bağlı işlər aparılır.