Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən ildə ən çox bu söz işlədilib

Ötən ildə ən çox bu söz işlədilib

Tarix: 21 Yanvar 2024 18:48

İngilis dilinin ən tanınmış mənbələrindən biri olan "Merriam-Webster" lüğəti 2023-cü ilin sözü olaraq "orijinal"ı (authentic) təyin edib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki,  "Merriam-Webster"in internet saytında yazılana görə, bu ilki sözə maraq süni intellekt və sosial mediadakı proseslərdən qaynaqlanıb.

İlin ən çox işlədilən sözü olan "orijinal" "2023-cü ilin sözü" elan edilib, çünki il ərzində axtarış nisbətlərində bu sözdə artım müşahidə olunub.

"Orijinal"ın populyarlaşmasının səbəbi "gerçək" və "saxta" arasındakı xəttin getdikcə bulanıqlaşması olaraq izah edilib.

Ən çox axtarılan digər söz isə saxta videolara imkan verən və süni intellektə əsaslanan texnologiya üçün istifadə edilən "deepfake" sözü olub.

Xatırladaq ki, "Merriam-Webster" lüğəti "bir insanın öz həqiqətlərini şübhə altına almasına səbəb olacaq şəkildə manipulyasiya edilməsi" üçün istifadə edilən "gaslighting" terminini "2022-ci ilin sözü" olaraq elan etmişdi.

"2021-ci ilin sözü" isə "peyvənd" olub.


Etiketlər:  Ötən ildə çox söz işlədilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ