Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2024 19:02
Şanlıurfada torpaq mübahisəsi zəminində çıxan silahlı davada 26 yaşlı Əli Öztürk və ondan 3 yaş kiçik olan qardaşı İzzettin Emirsoy həyatını itirib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə Harran rayonunun Aydıncık rayonunda baş verib. İki qohum ailə arasında torpaq üstündə mübahisə düşüb. Mübahisə hər iki tərəfin yaxınlarının iştirakı ilə davaya çevrilib.
Dava zamanı naməlum tüfənglərdən açılan atəşlə Ali Öztürk və bir müddət əvvəl soyadını dəyişdirdiyi bildirilən qardaşı İzzetin Emirsoy yaralanıb.
Silah səslərini eşidiləndən sonra bölgəyə jandarma və sağlamlıq qrupları sövq edilib. Yaralılar səhiyyə işçiləri tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra Harran Dövlət Xəstəxanasına aparılıb. Lakin Ali Öztürk və qardaşı İzzetin Emirsoyun həyatını xilas etmək mümkün olmayıb.