Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Batumidə yenidən bomba həyəcanı...

Batumidə yenidən bomba həyəcanı...

Tarix: 21 Yanvar 2024 22:26

Gürcüstanın Batumi şəhərindəki "Batumi Mall", "Grand Mall", "Metro Mall" və "Batumi Plaza" kimi ticarət mərkəzinin ziyarətçiləri və işçiləri anonim bomba xəbəri ilə əlaqədar təcili təxliyə edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Mtavari Arxi" məlumat yayıb.

"Batumidə ticarət mərkəzləri bağlanıb, gözlənilən terror təhlükəsi ilə əlaqədar insanların sıx toplaşdığı bütün yerlərdə təcili təxliyə elan edilib", - deyə məlumatda bildirilir.

Daxili İşlər Nazirliyi yayılan məlumata hələlik münasibət bildirməyib.

Qeyd edək ki, ötən gün Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması xəbərindən sonra İstanbul reysi təxirə salınmışdı.

Milli.Az


Etiketlər:  Batumidə yenidən bomba həyəcanı


RƏYLƏR