Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2024 18:22
Türkiyənin "Fənərbağça" klubunun aparıcı futbolçusu Fred bir aydan çox komandasına kömək edə bilməyəcək.
Sonxeber.net report-a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Superliqanın XXI turunda "Samsunspor"la (1:1) oyunun 87-ci dəqiqəsində zədələnərək əvəzlənib.
Bu gün tibbi müayinədən keçən 30 yaşlı orta sahə oyunçusunda sağ ayağın bud nahiyəsinin ön hissəsində vətərin qopması aşkarlanıb. Həkimlər onun təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar.
Qeyd edək ki, Fred cari mövsüm bütün turnirlərdə 21 oyun keçirib, 6 məhsuldar ötürmə verib.