Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Orqanizmdə qəhvə çoxluğu ürəyi məhv edir

Orqanizmdə qəhvə çoxluğu ürəyi məhv edir

Tarix: 22 Yanvar 2024 21:21

Ürək-damar sistemini sıradan çıxaran faktorlar çoxdur və həkimlər hər dəfə birini artırır.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, kardioloq Zaur Şuquşev ən birinci zərərin siqaret olduğunu bildirib.

"Siqaretdə olan tütün tüstüsü damarların divarını mikro zədələyir. Eləcə də ürəyə kofein və stress pis təsir edir. Bu adamlarda tromb əmələ gəlməsi 2 dəfə artır, nəticədə insult və infarkt riski yüksəlir. Gərgin stress, təlaş və ağır iş rejimində olan orqanizm tükənir və artıq stresə davamlı olmur. Bunun üçün yuxu və istirahət rejimini qaydaya salmalı, piyada gəzməli və yüngül idmanla məşğul olmaq lazımdır. Alkoqol, siqaret və stresi minimuma endirməlisiz. Yaxşı, keyfiyyətli bir qəhvə müəyyən miqdarda ürəyin işinə yaxşı təsir edir, amma bu da gündə 2 fincandan artıq olmamalıdır. Açıq havada sürətli templə gəzinti ürəyi və beyini oksigenlə doydurur. Qanda qlükoza və xolesterinin miqdarını nəzarətdə saxlamaq lazımdır".

Milli.Az


Etiketlər:  Orqanizmdə qəhvə çoxluğu ürəyi məhv edir


RƏYLƏR