Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2024 09:42
Çin Seysmik Xidməti Sincan-Uyğur Muxtar Rayonunun Aksu bölgəsinin Uşi qəzasında baş verən növbəti zəlzələ barədə məlumat yayıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, 4,8 maqnitudalı zəlzələ Pekin vaxtı ilə saat 12:01-də baş verib. Zəlzələnin episentri 41,23 dərəcə şimal eni və 78,91 dərəcə şərq uzunluğu koordinatlarında yerləşib.
Xatırladaq ki, daha əvvəl Çinin Qırğızıstan və Qazaxıstanla sərhədində 7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Aksu vilayətindən 121 kilometr qərbdə və Almatıdan 270 kilometr cənub-şərqdə olub.