Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstan vətəndaşları Türkiyədə 1400-dən çox daşınmaz əmlak satın alıb

Qazaxıstan vətəndaşları Türkiyədə 1400-dən çox daşınmaz əmlak satın alıb

Tarix: 23 Yanvar 2024 17:02

2023-ci ilin yanvar-dekabr aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 1440 daşınmaz əmlak satın alıblar ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1262 obyekt azdır.

Milli.Az bildirir ki, bu barədə TurkicWorld-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, ötən ilin dekabr ayında Qazaxıstan vətəndaşları Türkiyədə 98 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 168 obyekt azdır.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayında Türkiyədə 138 min 577 mənzil satın alınıb ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 33,4 faiz azdır.

Məlumata görə, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyədə 1 milyon 225 min 926 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin dekabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 64 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 67,7 faiz azdır.

Milli.Az


Etiketlər:  Qazaxıstan vətəndaşları Türkiyədə 1400 dən çox daşınmaz əmlak satın alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ