Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2024 23:22
Pentaqon altıncı nəsil "B-21 Raider" strateji gizli bombardmançı təyyarələrinin ilk partiyasını hazırlamaq üçün "Northrop Grumman Corporation" ilə müqavilə imzalayıb.
Sonxeber.net report.az-a xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən "Breaking Defence" məlumat yayıb.
Müdafiə nazirinin satınalma və davamlılıq üzrə müşaviri Uilyam Laplante bildirib ki, sınaq nəticələrinə əsasən, "B-21"in kiçik partiyası istehsal ediləcək.
Müqavilənin təfərrüatları, təyyarələrin sayı və istehsalının vaxtı açıqlanmır.
ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, "Cerberus" adlı ilk "B-21" artıq iki sınaq uçuşunu həyata keçirib - keçən il noyabrın 10-da və yanvarın 17-də. "Northrop Grumman" korporasiyası artıq bu tipli altı təyyarə hazırlayıb.
Qeyd edək ki, "B-21 Raider" uzun mənzilli nüvə başlıqlarına malik səkkiz qanadlı raket və ya 5 ilə 400 kiloton arasında dəyişən səkkiz nüvə bombası daşıya biləcək. "B-21"in dəyəri 772 milyon dollar qiymətləndirilir.
"B-21 Raider" əhəmiyyətli təyyarə olduğu üçün texniki xüsusiyyətləri gizli saxlanılır.