Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qızdırılan yorğana bürünüb yatan təqaüdçü yanaraq öldü - FOTO

Qızdırılan yorğana bürünüb yatan təqaüdçü yanaraq öldü - FOTO

Tarix: 24 Yanvar 2024 00:10

Moskvada təqaüdçü "Ali Express"dən aldığı qızdırılan Çin yorğanının altında yanaraq ölüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə elektron yorğanda qısaqapanma nəticəsində baş verib.

Belə ki, 69 yaşlı Olqa elektrik yorğanını üstünə örtərək yatıb. Səhər saatlarında elektrik yorğanda qısaqapanma baş verib və yanğın başlayıb. Evdən çıxan tüstünü görən qonşular dərhal yanğınsöndürənlərə zəng edib.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını qısa zaman kəsiyində söndürə biliblər. Təcilli tibbi yardım işçiləri yanıq xəsarətləri alan yaşlı qadını evdən çölə çıxarsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az


Etiketlər:  Qızdırılan yorğana bürünüb yatan təqaüdçü yanaraq öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ