Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda çoxmərtəbəli binada yanğın - Sakinlər təxliyə edilib

Bakıda çoxmərtəbəli binada yanğın - Sakinlər təxliyə edilib

Tarix: 13 Noyabr 2019 09:12

Bakı. Trend:

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin dəhlizində 1 ədəd dolab yanıb. Yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  Bakıda çoxmərtəbəli binada yanğın Sakinlər təxliyə edilib


RƏYLƏR