Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2024 19:34
Vladimir Zelenski bunkerdə yaşadığı vaxt Günəş işığının və təmiz havanın olmamasından gileynənirdi, sifəti saralmışdı. Kifayət qədər yemək yox idi. Rəsmi qəbullarda şirniyyat paylanır, ümumi mətbəxdə ət konservləri, boyat çörəklər olurdu.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu "Taym" jurnalının jurnalisti Saymon Şuster Ukrayna Prezidenti Vladimir Zelenski haqqında yazdığı "Şoumen" kitabında qeyd edib.
"Sonradan ərzaq təchizatı quruldu. Səhər yeməyində Vladimir Zelenski omlet yeyirdi, köməkçiləri üçün isə hot-doq, kartof və qulyaş hazırlanırdı. Bunkerdə spirt ehtiyatı var idi. Bəzən Ukrayna prezidenti nahara ona qoşulan həmkarlarına şərab süzürdü. Bunkerin sakinləri hərdən filmlərə baxırdılar. Çox vaxt Hollivudun yeni filmlərini seçirdilər. Vladimir Zelenski sovet komediyalarına baxmaqdan imtina etmişdi, çünki hərbi əməliyyatlar başlayandan sonra o filmlər onda süstlük hissi yaratmışdı", - müəllif bildirib.
Şuster yazır ki, sığınacaq Ukrayna Prezidentinin Kiyevdəki iqamətgahının altında yerləşir:
"Zelenskinin özü solğun idi, köməkçisi onu yeriyən cəsədə bənzədirdi".