Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2024 20:18
Türkiyə parlamenti iki illik diplomatik oyunlardan sonra, nəhayət, İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya etdi.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu erməni türkoloq Varujan Geqamyan deyib.
"Bu, gözlənilirdi, çünki Türkiyə bu prosedurdan maksimum yararlana bildi. Birincisi, Ankara NATO-da siyasi çəkisini yüksəltdi və bununla da strateji muxtariyyətini genişləndirdi. İkincisi, Türkiyə Moskvaya İsveçlə bağlı müvəqqəti mövqeyini "satmaqla" Rusiya ilə münasibətlərdə manevr etmək imkanı qazandı. Üçüncüsü, ABŞ-ı qabaqcıl hərbi texnologiyaların tədarükü ilə bağlı danışıqlara yenidən başlamağa məcbur etdi. Və nəhayət, gözəl bir bonus: Avropadakı kürd fiqurların həyatını əhəmiyyətli dərəcədə çətinləşdirdi. Harada və necə oynadığını bilən bir ölkə diplomatik ustad dərsi keçdi. Bunu öyrənməyə dəyər", - o bildirib.