Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna kəşfiyyatı: İl-76-da kimlərin olduğunu bilmirdik

Ukrayna kəşfiyyatı: İl-76-da kimlərin olduğunu bilmirdik

Tarix: 25 Yanvar 2024 00:50

Qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində kimin və neçə nəfərin olması barədə etibarlı məlumata malik deyildik.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

"Bu gün əsirlərin dəyişdirilməsi olmalı idi, amma baş tutmadı. Rusiya tərəfinin məlumatına görə, bu, əsirlərimizi daşıdığı iddia edilən Rusiyaya məxsus İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində baş verib. İndi təyyarənin göyərtəsində kimin və hansı sayda olması barədə etibarlı və hərtərəfli məlumatımız yoxdur", - Baş Kəşfiyyat İdarəsi vurğulayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Duması göyərtəsində 65 ukraynalı hərbi əsirin və 9 ekipaj üzvünün olduğu deyilən təyyarənin Xarkov vilayətindən vurulduğunu bildirib.

Milli.Az


Etiketlər:  Ukrayna kəşfiyyatı İl 76 da kimlərin olduğunu bilmirdik


RƏYLƏR