Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İl-76 olayı: Məhbus mübadiləsi davam edəcəkmi?

İl-76 olayı: Məhbus mübadiləsi davam edəcəkmi?

Tarix: 25 Yanvar 2024 20:22

Kiyev Moskva ilə məhbus mübadiləsini davam etdirməkdə maraqlıdır və bu istiqamətdə işləməyə hazırdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Andrey Yusov İl-76 təyyarəsi ilə insidentdən sonra məhbus mübadiləsinin davam edib-etməyəcəyi ilə bağlı suala cavabında bildirib.

"Bu mübadilələrin davam etməsini təmin etmək üçün nə qədər çətin olsa da, işləməyə davam edəcəyik. Amma bu, iki tərəfin iştirak etməli olduğu bir prosesdir. Ukrayna müdafiəçilərini qaytarmaqda maraqlıdır. Biz rusiyalı girovları təhvil verə bilərik və verəcəyik", - deyə Yusov bildirib.

Milli.Az


Etiketlər:  İl 76 olayı Məhbus mübadiləsi davam edəcəkmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ