Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İspaniyada temperatur rekordları qırıldı

İspaniyada temperatur rekordları qırıldı

Tarix: 26 Yanvar 2024 07:36

İspaniyada xüsusilə yanvarın ikinci yarısından etibarən artan temperatur mövsüm normalarını aşaraq rekordlar qırıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Milli Meteorologiya İnstitutunun (AEMET) açıqladığı məlumatlara görə, yanvar ayı ərzində ölkə üzrə 90-dan çox yerdə temperatur rekordları qırılıb.

Son iki gündə ölkənin demək olar ki, bütün cənubunda mövsümi normadan yüksək olan havanın temperaturu 20 dərəcəni keçib.

Havanın temperaturu Albasete, Palma de Mayorka və Badaxos şəhərlərində 21 dərəcəyə, Kordoba, Huelva və Almeriyada 23 dərəcəyə, Valensiyada 25 dərəcəyə, Mursiyada 27 dərəcəyə çatıb.

Milli.Az


Etiketlər:  İspaniyada temperatur rekordları qırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ