Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azercell açıqlama yaydı

Azercell açıqlama yaydı

Tarix: 26 Yanvar 2024 10:12

"26 yanvar 2024 tarixi səhər saatlarında Azercell şəbəkəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı aparılan əməliyyat işləri zamanı bəzi qlobal (Facebook/Instagram/WhatsApp) sosial şəbəkə platformalarından və ümumilikdə internet saytlarından istifadədə çətinlik yaranması mümkün idi".

Milli.Az xəbər verir ki, bu barədə Azercell məlumat yayıb.

"Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra bu xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi təmin edilmişdir", - deyə məlumatda bildirilib.

Milli.Az


Etiketlər:  Azercell açıqlama yaydı


RƏYLƏR