Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' Xavi barədə qərar verdi

''Barselona'' Xavi barədə qərar verdi

Tarix: 26 Yanvar 2024 18:26

"Barselona" mövsümün sonuna qədər Xavi Hernandezi istefaya göndərməyəcək.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, "Barselona" klubu mövsümün sonunda kubok qazansa, klub onunla işləməyə davam edə bilər.

Qeyd edək ki, "Barselona" klubunun mövsümün sonunda iki kubok əldə etmək imkanı var. "Barselona" İspaniya La Liqasında liderdən 7 xal geridə qalaraq, 3-cü yerdə qərarlaşıb. Çempionlar Liqasının 1/8 mərhələsində isə "Barselona" - "Napoli" ilə qarşılaşacaq.


Etiketlər:  Barselona Xavi barədə qərar verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ