Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2024 18:55
Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Aygün Kazımovanın 53 yaşı tamam olur.
Sonxeber.net bildirir ki, pop diva axşam.az-a açıqlamasında ilk təbriki müğənni Samir Bağırovdan aldığını deyib:
"Məni ilk təbrik edən Samir Bağırov olub. Hətta qızım İlqarə də 1 saniyə gecikib. Onu ad günümə dəvət etdim. Bəhanə etdi ki, yaxşı deyiləm. Dedim, bəsdir. Ad günümə gəlməsə, belə mənə atdığı bu addım böyükdür. Bu, onun mənə sevgisi idi".
Qeyd edək ki, Samir daha əvvəl açıqlamasında səhnə fəaliyyətinə fasilə verdiyi vaxtlarda Kazımova ilə bağlı "Jara" festivalı vaxtı Aygün Kazımova ilə görüşürdüm. Deyirdim, kömək et mənə, deyir, hardan? Deyirəm, neçə vaxtdır işləmirəm, mahnı almağa pulum yoxdur. Pulsuz mahnı ala biləcəyim cavanlar yoxdur? Deyirdi ki, yoxdur pulsuz mahnı. Heç kimdən incimirəm, özümü günahkar hesab edirəm. Çoxdan başa düşməliydim ki, şou-biznesdə dost yoxdur" deyə, bildirmişdi.