Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Yəmənə yenidən zərbə endirib

ABŞ Yəmənə yenidən zərbə endirib

Tarix: 27 Yanvar 2024 09:48

Amerika hərbçiləri Yəməndə "Ənsar Allah" hərəkatının husi üsyançılarının gəmi əleyhinə raketini hədəfə alıblar.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Yanvarın 27-də, Səna vaxtı ilə təxminən saat 03:45-də CENTCOM qüvvələri Qırmızı dənizə doğru yönəlmiş və atəşə hazır olan Husilərin gəmi əleyhinə raketini vurub", - komandanlığın mətbuat ofisi X hesabında bildirib.

CENTCOM-un məlumatına görə, ABŞ ordusu hədəfin "bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün dərhal təhlükə yaratdığını" hesab edir.

Milli.Az


Etiketlər:  ABŞ Yəmənə yenidən zərbə endirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ