Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Validenynlərinə laqeyd münasibət 3 milyon dollara başa gəldi

Validenynlərinə laqeyd münasibət 3 milyon dollara başa gəldi

Tarix: 27 Yanvar 2024 15:48

Çində yaşlı qadın 2,8 milyon dollarlıq (4,7 milyon manat) sərvətini övladlarına verməkdənsə, ev heyvanlarına - itlərinə və pişiklərinə buraxmaq qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Şanxayda yaşanıb. 

Liu soyadlı qadın bunun səbəbini xəstə olduğu müddətdə övladlarının ona baş çəkməmələri ilə izah edib.

Yaşlı qadın qocaldıqdan sonra övladlarının, ümumiyyətlə, ona laqeyd yanaşdıqlarını, ev heyvanlarının isə ona yoldaşlıq etdiyini və rahatlıq verdiyini vurğulayıb.

Çində heyvanların xeyrinə açıq vəsiyyətlər qanunən qadağandır, buna görə də yerli baytarlıq klinikası mülkün idarəçisi təyin edilib.

Hadisə Çində ailə dəyərləri və miras təcrübələri haqqında qızğın müzakirələrə səbəb olub.

Milli.Az


Etiketlər:  Validenynlərinə laqeyd münasibət 3 milyon dollara başa gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ