Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zəlzələ ilə bağlı AÇIQLAMA: “Bu bölgədə davam edəcək…”

Zəlzələ ilə bağlı AÇIQLAMA:  “Bu bölgədə davam edəcək…”

Tarix: 27 Yanvar 2024 18:24

Egey dənizində, İzmirin Menderes rayonunda baş verən 5,1 bal gücündə zəlzələ əhali arasında narahatlıq yaradıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə danışan türkiyəli mütəxəssis Övgün Ahmet Ercan afterşokların hələ 2 həftə davam edəcəyini bildirib.

"Kuşadası Pamucak körfəzinin şimalında saat 08.19-da 5,1 bal gücündə zəlzələ baş verdi. Bunun əsas zəlzələ olduğu qənaətindəyəm. Afterşoklar isə 2 həftə davam edəcək. 1-2 gün ərzində 4 bal gücündə ikinci təkan gələ bilər. Bu bölgədə bu böyüklükdə zəlzələ dağıdıcı deyil", - deyə o qeyd edib.

Milli.Az


Etiketlər:  Zəlzələ ilə bağlı AÇIQLAMA Bu bölgədə davam edəcək


RƏYLƏR