Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Netanyahu: "İsrail HƏMAS-ı məhv edəcək"

Netanyahu:

Tarix: 28 Yanvar 2024 07:50

İsrail Fələstinin HƏMAS hərəkatını, xüsusən də onun rəhbərliyini məhv etməkdə qərarlıdır, bundan sonra Qəzza zolağına nəzarət texnokratlara keçə bilər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"HƏMAS-ın rəhbərliyini öhdəlik götürdüyümüz kimi məhv edəcəyik", - Netanyahu bildirib.

Baş nazirin sözlərinə görə, HƏMAS-ın inzibati və hərbi strukturunun məhv edilməsi bu hərəkatın tərəfdarlarının Qəzzada hakimiyyətdə qalma ehtimalını minimuma endirməlidir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və o cümlədən uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox sakinin girovun əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən "Dəmir qılınclar" əməliyyatını başlayıb.

Milli.Az


Etiketlər:  Netanyahu İsrail HƏMAS ı məhv edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ