Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mona Lizaya şorba atdılar - VİDEO - FOTO

Mona Lizaya şorba atdılar - VİDEO - FOTO

Tarix: 28 Yanvar 2024 17:26

Parisdəki Luvr Muzeyində ətraf mühit fəalları Leonardo da Vinçinin "La Gioconda" ("Mona Liza") tablosuna şorba töküblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "France Press" məlumat yayıb.

"Bazar günü səhər vandallar ən məşhur tablonu qoruyan zirehli şüşənin üzərinə şorba töküblər. Ətraf mühit fəalları öz hərəkətlərini "sağlam və dayanıqlı qida hüququnu" təşviq etmək istəyi ilə əsaslandırırlar", - məlumatda deyilir.

2022-ci ilin may ayında əlil arabasında olan parik və papaqlı bir adam Mona Lizaya tort atıb. O, xuliqan hərəkətlərini planeti xilas etmək çağırışları ilə əsaslandırıb.

Milli.Az


Etiketlər:  Mona Lizaya şorba atdılar VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ