Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Afaq Gəncəli ilə Nura Suri arasında nə baş verir?: "Yaxşı etdim, ürəyimdən gəldi " - VİDEO

Afaq Gəncəli ilə Nura Suri arasında nə baş verir?:

Tarix: 29 Yanvar 2024 11:10

Aparıcı Afaq Gəncəli küsülü olduğu müğənni Nura Suri ilə barışdığını açıqlayıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda aparıcı "Balkanla gecə turu" verilişinə müsahibəsində məlumat verib. 

Afaq bildirib ki, qatıldığı tədbirlərin birində Nura ilə üz-üzə gələrək, küsülülüyə son qoyub: 

"Kinli insan deyiləm. Uzun-uzadı da küsülü qala bilmirəm. Səidə Sultanın toyunda eyni masada əyləşsək də, görüşmədik. Bu küsülülüyü "boş verək". Aramızda heç nə olmadı - "Salam, əleyküm salam". Sağ-salamat... Kinli olmadığıma görə bir müddət sonra hər şey yadımdan çıxır. Bir də görürsən ki, danışmadığım insana qeyri-ixtiyari salam verə bilirəm. Sonra yadıma düşür, deyirəm ki, "Ay da..." Amma sonra deyirəm ki, yaxşı etdim, ürəyimdən gəldi "salam" verdim. Deməli içimdə kin yoxdur". 

Qeyd edək ki, A.Gəncəli ilə N.Surinin küsülülüyünə səbəb Afaqın aparıcısı olduğu verilişdə müğənni Ayan Babakişiyevaya verdiyi "Sən də bir gün Oksana Rəsulova kimi cəsarətli olub, qızının atasının kim olduğunu rahat deyə bilərsən" sualı olmuşdu.

Belə ki, Nura Ayanın tərəfini saxlayaraq Afaqı bu cür sual verdiyinə görə qınamışdı. Sonra isə N.Suri A.Gəncəli ilə danışmadığını və "Uman yerdən küsərlər" açıqlamasını vermişdi. 

Milli.Az


Etiketlər:  Afaq Gəncəli ilə Nura Suri arasında baş verir Yaxşı etdim ürəyimdən gəldi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ