Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maqnit qasırğasının kəskin yüksələcəyi gözlənilir

Maqnit qasırğasının kəskin yüksələcəyi gözlənilir

Tarix: 29 Yanvar 2024 20:56

Yaxın gələcəkdə maqnit qasırğasının kəskin yüksələcəyi gözlənilir. Qasırğa yenidən başlayacaq və üç gün davam edəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, maqnit qasırğası bu gün səhər saat 8-ə (Bakı vaxtı ilə - red.) müşahidə edilib, sonra onun gücü 3 bala qədər enib və sonra yeni bir sıçrayış baş verib.

Qeyd edək ki, yanvarın 25-də 4 bal gücündə maqnit qasırğası baş vermişdi.

Əvvəlcə ekspertlər yanvarda belə güclü maqnit qasırğalarının olmayacağını güman edirdilər. İndi alimlər hesab edirlər ki, bu kumulyativ (yığılmış) təsir ola bilər.

Xatırladaq ki, müşahidə edilən yüksəlmə və enmə prosesi xeyli sayda insana təsir edərək, onların özünü pis hiss etməsinə, baş ağrılarına və digər xoşagəlməz simptomlara səbəb ola bilər.

Milli.Az


Etiketlər:  Maqnit qasırğasının kəskin yüksələcəyi gözlənilir


RƏYLƏR