Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2024 08:40
Kanada hökuməti müdafiə sənayesi şirkətlərinə PUA komponentlərinin Türkiyəyə satışına qoyduğu qadağanı aradan qaldırıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Kanada hökumətinin rəsmi məlumatında qadağanın artıq qüvvədə olmadığı bildirilib.
Qeyd edək ki, Kanada sözügedən qadağanı 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Türkiyə PUA-larından istifadə etməsindən sonra tətbiq etmişdi.
Bir neçə gün öncə bu qadağanın qaldırılacağı haqda "Röyters" məlumat yaymışdı.