Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA “Qarabağ”ın futbolçusunu diskvalifikasiya etdi

UEFA “Qarabağ”ın futbolçusunu diskvalifikasiya etdi

Tarix: 31 Yanvar 2024 11:36

Avropa Liqasının qrup mərhələsini sonuncu turunda "Hekken"ə qarşı keçirilən qarşılaşmada qırmızı vərəqə alan "Qarabağ"ın müdafiəçisi Marko Veşoviçin cəzası müəyyənləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, UEFA monteneqrolu müdafiəçini bir oyunluq diskvalifikasiya edib. Müdafiəçi Avropa Liqasının pley-off mərhələsində "Braqa"ya qarşı keçirilən oyunu buraxacaq.  

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.

Milli.Az


Etiketlər:  UEFA Qarabağın futbolçusunu diskvalifikasiya etdi


RƏYLƏR