Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2024 14:35
Amerikalı televiziya ulduzu Kim Kardaşyan pərəstişkarlarına sədəf xəstəliyinin şiddətlənməsindən və vəziyyətinin getdikcə ağırlaşmasından şikayət edib. O, xəstəlik nəticəsində yaralar tökmüş bədənini və ayaqlarını nümayiş etdirib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, müvafiq paylaşım çəşhurun "İnstagram" səhifəsində yer alıb.
43 yaşlı iş qadın ayağındakı qırmızı ləkələri nümayiş etdirib. İş qadınının sözlərinə görə, o, kəskinləşməyə nəyin səbəb olduğunu özü də bilmir.
"Düzünü desəm, çox acı bir ağrı verir. Ləkənin yayılmasına nəyin səbəb olduğunu bilmirəm. Pəhrizimi dəyişmədim. Və bütün müalicə variantlarını sınadım. Psoriasis qorxuncdur", - deyə məşhur fotonun təsvirində qeyd edib.