Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2024 14:42
Rusiyada "Azadlıq və Ədalət" partiyasından prezidentliyə namizəd Andrey Boqdanov seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Boqdanov namizədlikdən geri çəkilməsi ilə bağlı Rusiyanın Mərkəzi Seçki Komissiyasına ərizə təqdim edib.
Xatırladaq ki, yanvarın 30-u "Rusiya Ümumxalq İttifaqı" partiyasının lideri Sergey Baburin də prezident seçkilərində namizədliyini geri götürüb.
Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə qədər keçiriləcək.