Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər gün bir banan yeyin - FAYDALARI - FOTO

Hər gün bir banan yeyin - FAYDALARI - FOTO

Tarix: 1 Fevral 2024 04:06

Banan dünyada ən çox yetişdirilən tropik meyvələrdən biridir. Bəzən şəkər ehtiyacımızı ödəmək, bəzən də tox tutmaq üçün yediyimiz banan ən çox sevilən və istehlak edilən meyvələrdəndir. Yüksək qida tərkibi ilə diqqət çəkir. Asan həzm olunan karbohidrat tərkibi və yumşaq teksturası sayəsində bütün yaş qrupları arasında geniş seçim edilir. Uşaqların da ləzzət aldığı bu şirin, qidalı meyvənin sağlamlıq üçün bir çox faydası olduğu məlumdur. Həzm sistemindən sümük sağlamlığına, bağırsaq xəstəliklərindən xərçəngə, ürək sağlamlığından beyin sağlamlığına qədər banan istehlakının faydaları sonsuzdur. Hər gün banan yemək üçün bir çox səbəb var.

Sonxeber.net baku.ws-ə istinadən bu meyvənin faydalarını təqdim edir.

"Bananın faydaları nələrdir?" - deyə düşündükdə, ağlımıza dərhal kaliumun tərkibi gəlir.

Bananlarda yüksək miqdarda olan kalium mineralı maye balansını tənzimləməyə kömək edən əhəmiyyətli bir elektrolitdir. Kalium əzələlərin büzülməsinə və sinir hüceyrələrinin reaksiyasına kömək edir. Yaşlandıqca sümük sağlamlığını qoruyarkən böyrək daşının əmələ gəlməsi riskini azaltmağa kömək edə bilir.

Bununla belə, kaliumun məhdudlaşdırılması lazım olan böyrək xəstəliyi olan şəxslərdə bananın zəngin kalium tərkibi qanda kalium səviyyəsini artıraraq ürək ritminə mənfi təsir göstərə bilər. Bu səbəblə bu şəxslərin banan istehlak etməzdən əvvəl dietoloqa müraciət etmələri faydalı olar.

Banan istehlakı qan təzyiqində təsirlidir. Yüksək qan təzyiqini tarazlaşdırmaq üçün aşağı natrium, yüksək kalium pəhrizi vacibdir. Kalium ürək əzələsinin nizamlı fəaliyyətində, qan təzyiqinin tarazlaşdırılmasında və ürək-damar sisteminə yükün azaldılmasında mühüm rol oynayır. Gündəlik 1 orta ölçülü banan (ortalama 120 q) istehlak etməklə gündəlik kalium ehtiyacınızın təxminən 9 faizini qarşılaya bilərsiniz.

Banan tərkibindəki lektin sayəsində immunitet sistemini stimullaşdırır. Lektin, bir antioksidant kimi, bədənə zərər verən sərbəst radikallarla mübarizə aparır. Sərbəst radikallar bədəndə toplana bilmir və hüceyrə zədələnməsi baş vermir. Xərçəng hüceyrələrinin inkişafının qarşısı alınır. Bu xüsusiyyətlərinə görə lektinlər xərçəngə qarşı qorunma təmin edir.

Banan zəngin B6 vitamini mənbəyidir. Vitamin B6 isə sinir ötürülməsini təmin edən nörotransmitterlərin istehsalını, qırmızı qan hüceyrələrinin istehsalını, karbohidratların və yağların enerjiyə çevrilməsini, immun sisteminin funksiyalarını yerinə yetirməsi üçün lazım olan zülalların sintezini, böyrəklərin və qaraciyərin sağlam işləməsi funksiyasını yerinə yetirməyə kömək edir. Eyni zamanda, hüceyrə bölünməsi və inkişafındakı roluna görə hamiləlik dövründə B6 vitamininin təmin edilməsi vacibdir. Çox vaxt bananla əlaqəli olmasa da, bu meyvə həm də C vitamini mənbəyidir. C vitamini ilə hüceyrələr və toxumalar qorunur, dəmirin udulması asanlaşdırılır, bədən kollagen istehsal edə bilir, qandakı kortizol səviyyələrini idarə edərək stressi azaldır və serotonin ifrazını artıraraq bilişsel performansa müsbət təsir göstərir.

Kalium, lif, fol turşusu və C vitamini bananı ürək sağlamlığını qorumaqda üstün göstərir. Tədqiqatlar göstərir ki, yüksək lif istehlakı olan insanlarda ürək-damar xəstəlikləri riski daha azdır. Bu, yüksək kalium istehlakı olan insanlarda ürək xəstəliyindən ölüm riskinin azaldığını göstərir.

Bananların tərkibində olan triptofan, serotonin və melatonin kimi mühüm birləşmələrin sintezində rol oynayan əvəzsiz bir amin turşusudur. Bu şəkildə əhval-ruhiyyə, idrak funksiyası və yuxunun tənzimlənməsinə müsbət təsir göstərir.

Orta ölçülü bananın (ortalama 120 q) qida dəyəri aşağıdakılardır:

Kalori: 105
Yağ: 0
Karbohidratlar: 27 q
Protein: 1,3 q
Lif: 3,1 q
Şəkər: 14,4 q
Kalium: 422 mq
Maqnezium: 31,9 mq
Fosfor: 26 mq
Selenium: 1,9 mkq
Kolin: 11,6 mkq
Vitamin C: 10,3 mkq
Folat: 23,6 mkq
Beta karoten: 30,7 mkq
Alfa karoten: 29,5 mkq


Etiketlər:  Hər gün banan yeyin FAYDALARI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ