Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2024 09:44
Finlandiya polisi könüllülərə Ukrayna Silahlı Qüvvələri üçün ianə toplamağa icazə verməyib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "İltalehti" qəzeti məlumat yayıb.
Ukrayna hərbçiləri üçün həyati əhəmiyyətli malların tədarükü ilə məşğul olan iki Finlandiya təşkilatı hüquqi çətinliklərlə üzləşib. Məlum olub ki, Finlandiya polisi Ukrayna Silahlı Qüvvələrinə birbaşa dəstək verən layihələr üçün vəsait toplanmasına qarşıdır.
Çünki qanunvericiliyə əsasən silahlı qüvvələrə dəstək hərbi fəaliyyət kimi təsnif edilir və buna görə də ictimai faydalı iş kimi qəbul edilmir.